Yanvarın 25-də Ukrayna prezidenti Viktor Yanukoviç mətbuat katibi Draya Çepakı tutduğu vəzifədən azad edib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Çepak 2011-ci ilin martında bu vəzifəyə təyin edilib. Prezident administrasiyasında işləməzdən öncə o, jurnalist işləyib.
Prezidentin başqa bir sərəncamı ilə Milli Strateji Araşdırma İnstitutunun direktoru Andrey Yermolayev də tutduğu vəzifədən azad edilib.