Ukraynada prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev ayağından güllə yarası alıb.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hazırda A.Klyuyevin həyatına təhlükə yoxdur.
Onun indi harada olduğu da məlum deyil.
Qeyd edək ki, bu gün A.Klyuyev vəzifəsindən istefa verdiyini bəyan edib.