Ukrayna parlamenti son günlər ölkədə keçirilən etiraz aksiyalarında tutulanların əfv edilməsi barədə qanun qəbul edib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, qanun layihəsinin lehinə 339 deputat səs verib.
Layihəni parlamentə Pavel Petrenko təqdim edib.
Deputat Andrey Şevçenko özünün «tvitter» səhifəsində yazıb: «Etirazçıların əfv ilə bağlı qanun var- 339 səs» .