Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general –leytenant Yuri Dumanski istefa verib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, o, istefasını belə açıqlayıb: «Bu gün hərbçiləri vətəndaş savaşına sürükləyirlər. Bu yolverilməzdir. Bu həm hərbçilərin, həm də dinc vətəndaşların ölümünə səbəb ola bilər. Bu da yolverilməzdir. Tabeliyimdə olanlara cavbadehlik daşıyan vətəndaş, zabit, rəhbəri kimi şəxsi mövqeyimdir. Ona görə də istefa verirəm».
Xatırladaq ki, ötən gün Ukrayna prezidenti baş qərargah rəisi Vladimir Zamanı tutduğu vəzifədən azad etmişdi.