Ukrayna müxalifəti sabiq baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması ilə bağlı məsələnin Ali Radada müzakirəyə çıxarılmasını tələb edir.
APA-nın məlumatına görə, bunu Ali Radada çıxışı zamanı müxalif “Batkivşina” fraksiyasının lideri Arseniy Yasenyuk bəyan edib.
“Biz tələb edirik ki, Yuliya Timoşenko azadlığa buraxılsın”, - deyə o vurğulayıb.
Qeyd edək ki, müxalifət 2004-cü il konstitusiyasına qayıdışla yanaşı, ölkədəki böhrandan çıxmağa yardım edəcək digər məsələlərin müzakirəyə çıxarılmasını tələb edir.