Ukrayna müxalifəti Yanukovicin imzaladığı amnistiya qanunundan imtina etdi
02 fevral 2014 14:36 (UTC +04:00)

Ukrayna müxalifəti Yanukovicin imzaladığı amnistiya qanunundan imtina etdi

Ukraynada müxalifət prezident Viktor Yanukovicin imzaladığı amnistiya qanunu qəbul etmir.

 

APA TV-nin xəbərinə görə, qanunda göstərilib ki, müxalifət 15 gün ərzində hökumət binalarını azad edəcəyi va yolları açacağı təqdirdə kütləvi aksiyalar zamanı həbs edilənlər cinayət məsuliyyətindən azad ediləcəklər.

 

Qanunun imzalanmasından sonra müxaliflərin Qruşevski küçəsində və Azadlıq meydaninda qurulan düşərgələri daha da gücləndirilib.

 

Bəziləri hadisələrə ordunun qarışmasından ehtiyat edir.

 

"Avtomaydan" lideri Dmitri Bulatov çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, naməlum şəxslər tərəfindən qaçırılaraq işgəncələrə məruz qaldığını, sonra isə meşəyə atıldığını deyib. Ukrayna Daxili İşlər Nazirliyi  isə Bulatovu  kütləvi aksiya və iğtişaşlarının təşkilində  şübhəli bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833
avatar

Oxşar yazılar