Ukrayna müxalifəti alternativ parlament yaradır
23 yanvar 2014 02:14 (UTC +04:00)

Ukrayna müxalifəti alternativ parlament yaradır

Kiyevdə müxalifətdə olan xalq deputatlarının iştirakçı ilə Xalq Radası (parlamenti) qurulacaq.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda «UDAR» fraksiyasından olan deputat İrina Geraşenko özünün «Facebook» səhifəsində yazıb. Xalq Radasının təsis iclasını «Svoboda» fraksiyasından olan ən yaşlı deputat Aleksandr Şevçenko aparacaq.

 

«Birsəslə Ukrayna Xalq Radasının yaranmasına səs verəcəyik. Bundan başqa yerli xalq deputatları soveti, bələdiyyə milisinin yaranmasını təsdiqləyəcəyik. Viktor Yanukoviçə etimadsızlıq, Ali Radanın buraxılmasına ümumukrayna hazırlığı görəcəyik» - deyə, Geraşekno yazıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532
avatar

Oxşar yazılar