Ukrayna müxalifətinin liderləri ölkə vətəndaşlarını bütün yaşayış məntəqələrində özünü müdafiə dəstələri yaradaraq, yerli hakimiyyəti ələ keçirməyə çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu qərarı «Svaboda» Partiyasının lideri Oleq Tyaqnibok Müstəqillik Maydanının kürsüsündən elan edib.
Onu müxalifətin daha iki lideri - «UDAR» Partiyasının lideri Vitali Kliçko və «Batkvişina»-nın sədri Arsen Yatenyuk da dəstəkləyib.
Mənbə Kiyevin mərkəzində Qruşev küçəsində isə atəş səslərinin eşidildiyini bildirib.