Dekabrın 18-də Moskvada Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Viktor Yanukoviçlə görüşəcək.
Lent.az-ın xarici informasiya qaynaqlarına istinadən məlumatına görə, tərəflər «Gömrük Birliyinə Ukraynanı qarşılıqlı qəbul edilən mexanizmi barədə» məsələni müzakirə edəcəklər.
Bir müddət öncə Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov bildirmişdi ki, dekabrın 18-də görüş yalnız «tərəflər razılığa gələcəkləri» halda gerçəkləşəcək.
«Ukrayna prezidentinin səfəri bizim yetərincə ciddi, praktik razılığa gəldiyimizin göstəricisi olacaq. Bu səfər yalnız müqavilələri təsbit edəcək əl sıxmaqla başa çatmayacaq, həm də bir sıra sənədlər imzalanacaq» -deyə, rusiyalı diplomat bəyan etmişdi.
Cari ilin oktyabrında isə Ukraynanın baş naziri Nikolay Azarov Odessada keçirdiyi mətbuat konfransında demişdi ki, ölkəsi bu birliyə daxil olarsa, o zaman Rusiya Ukraynaya tədarük etdiyi təbii qazın qiymətini 2, 5 dəfə azaldacaq.
Qeyd edək ki, bu birliyə Belarus və Qazaxıstan da daxildir.