Türkiyənin daxili işlər naziri Rza Zərrabla münasibətlərindən danışdı
24 dekabr 2013 12:44 (UTC +04:00)

Türkiyənin daxili işlər naziri Rza Zərrabla münasibətlərindən danışdı

Adı rüşvət və korrupsiyaya qarışan və ötən həftə keçirilən “Böyük rüşvət” əməliyyatı çərçivəsində oğlu həbs edilən Türkiyənin daxili işlər naziri Muəmmər Gülər həyata keçirilən əməliyyatın detalları və bu işdə adının hansı formada keçdiyi barədə danışıb.

 

Lent.az-ın məlumatına görə, Türkiyədə dərc olunan “Posta” qəzetinin yazarı Nadaş Tolqa İşıqlı ilə danışan daxili işlər naziri deyib ki, əməliyyatlar başlayandan sonra baş nazir Ərdoğana istefa vermək istədiyini və işdən kənarlaşdırılması da daxil olmaqla, hər şeyə hazır olduğunu bildirib. Baş nazir isə ona deyib ki, nə lazımdısa, o özü şəxsən edəcək.

 

Korrupsiya əməliyyatlarının əsas hədəfi olan Azərbaycan əsilli iş adamı Rza Zərrabla tanışlığı və onun tapşırığı ilə bir polis rəisini işdən çıxarması barədə yayılan telefon danışıqları barədə də açıqlama verən nazirin sözlərinə görə, həmin polis rəisi Zərrabı təhdid edərək, ondan 1 milyon dollar istəyib. Nazir bildirib ki, polis rəisi Zərraba bu pulu verməyəcəyi təqdirdə onunla bağlı əməliyyat keçirəcəklərini söyləyib. Buna görə də həmin rəis barədə araşdırma aparılıb.

 

R.Zərrabla tanışlıqlarından da bəhs edən M.Gülərin sözlərinə görə, iş adamını oğlu vasitəsilə tanıyıb: “Oğlumun 2004-2008-ci illərdə bizneslə məşğul olduğu bir qohumumuz var idi. Həmin adam oğlumu aldadıb ona borc yüklədi. Bu borcları isə sənədləşdirdi. Sonra həmin sənədləri də ödəməkdən imtina etdi. Daha sonra öyrəndik ki, həmin şəxs R. Zərrabın Çindəki işlərinə rəhbərlik edir. Oğlum da dedi ki, əgər bu adam R.Zərrabın yanındadırsa və pul qazanırsa, mən də pulumu ala bilərəm. Sonra da bu məqsədlə Zərrabla tanış olur. Adı çəkilən iş adamı ilə tanışlığımız da belədir”.

 

Oğlunun evində tapılan pullarla bağlı danışan daxili işlər naziri deyib ki, həmin pullar B. Gülərin satdığı villasının pullarıdır, sadəcə sənədləşmə məsələsində bir ipoteka problemi yaşandığı üçün pulları banka qoymaq mümkün olmayıb.

 

Həbs edilən R.Z ərrabla bir dəfə görüşdüyünü etiraf edən nazir bildirib ki, iş adamının barəsində gizli araşdırmalar getdiyindən xəbərsiz olub: “Mənə “davam edən bir araşdırma var, onunla görüşməyin” deyə bilərdilər. Ancaq demədilər. Bu, cinayətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Oxşar yazılar