Türkiyənin 10 universiteti dünyanın ən yaxşı 500 universiteti arasında yer tutub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2012-ci il ərzində ayrı-ayrı hesablama sistemlərinin nəticələrinə əsasən, “Ən yaxşı dünya universitetlər” sıralamasında ilk 500-də Türkiyənin 10 universitetinin adı var. Bunlar Orta Şərq Texniki Universiteti (ODTÜ), İstanbul, Hacattepe, Ankara, Ege, İTÜ, Bilkent, Qazi, Boğaziçi və Koç universitetləridir.
ODTÜ 8 sıralama sistemin 5-də, İstanbul Universiteti 4 sıralama sistemində ilk 500-lükdə yer alıb.
Universitet rəhbərləri Türkiyə universitetlərinin bu il hazırlanan sıralamada keçən illərə görə daha uğurlu olduqlarını bildiriblər.