Türkiyəli nazir Gülən məsələsinə görə ABŞ-a gedir
11 oktyabr 2016 22:51 (UTC +04:00)

Türkiyəli nazir Gülən məsələsinə görə ABŞ-a gedir

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 26-27 oktyabr tarixlərində ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin baş prokuroru Loretta Liçlə görüşmək niyyətində olduğunu bildirib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,  nazir bildirib ki, görüş zamanı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq.   

 

“Mən oktyabrın 25-də ABŞ-a yola düşəcəm. ABŞ-ın baş prokuroru ilə görüş  oktyabrın 26-27-nə planlaşdırılıb. FETÖ-nün təsisçisi və rəhbərinə qarşı ABŞ-a təqdim edilən hüquqi sənədlərin və çevriliş cəhdi ilə əlaqədar onun həbsinə dair bizim sorğumuzun müzakirəsi səfərin əsas məqsədidir”, - deyə Bozdağ jurnalistlərə bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Oxşar yazılar