Türkiyədən Lənkərana birbaşa aviareys açılacaq
23 iyun 2014 11:29 (UTC +04:00)

Türkiyədən Lənkərana birbaşa aviareys açılacaq

0

 “Türk Hava Yolları” şirkəti Türkiyədən Lənkərana birbaşa aviareyslər həyata keçiriləcək.


 

Bunu “APA-Economics”ə şirkətin marketinq satışları üzrə əsas vitse-prezidenti Ziya Karataş bildirib.

 

Onun sözlərinə görə, bu gün “Türk Hava Yolları” Azərbaycan üç şəhərinə - Bakı, Gəncə və Naxçıvana birbaşa uçuşlar yerinə yetirir.

 

“Türkiyədə aviasiya sahəsində keçirilən sonuncu konfrans zamanı bu sektorda Azərbaycan və Türkiyənin sonrakı ikitərəfli əməkdaşlığı müzakirə edilib. Artıq mövcud istiqamətlərlə yanaşı, Lənkərana da uçuşların həyata keçirilməsini planlaşdırırıq ”, - deyə Z. Karataş qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 822

Oxşar yazılar