Türkiyənin Siirt rayonunun Eruh qəsəbəsində «Doğu Saadak-1» neft quyusunda aparılan 4 aylıq axtarışdan «qara qızıl» tapılıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, 2371-2384 metr dəriliyində 42,3 gravit neft ehtiyatı olduğu bildirilib.
Bölgənin valisi Əhməd Aydın deyib ki, Batmandakı quyudakı neft ehtiyatı 20 gravit idisə, Eruhda bundan iki dəfə artıqdır.
«Aladdin Middle East Petrol Arama Şirketi»-nin məsulu geologiya mühəndisi Hüseyn Yıldırım son qazma işlərinin 2 min 511 metr dərinlikdə apardıqlarını deyib.
Ədalət və İnkişaf Partiyasının Siirdən olan millət vəkili Arif Dəmirkıran bildirib ki, Eruhdan çıxan neft bölgənin ən keyfiyyətli «qara qızılıdır»: «Bu quyudan gündə 150 barel neft çıxır».