Dekabrın 17-də Türkiyə polisinin rüşvət, korrupsiya və qaçaqmalçılıq ittihamı ilə keçirdiyi əməliyyat zamanı saxlanılan daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin evində aparılan axtarış zamanı çəkilən fotolar yayılıb.
APA-nın “Radikal” qəzetinə istinadən verdiyi məlumata görə, B. Gülərin evindəki seyflərdə külli miqdarda dollar, avro və türk lirəsi, eyni zamanda pulsayan aparat aşkarlanıb. Pullar müsadirə edilib.