Türkiyədə adı korrupsiyaya qarışan və oğlu həbs edilən daxili işlər naziri Muammər Gülər də tutduğu vəzifədən istefa verib. Lent.az-ın məlumatına görə, bu barədə xəbəri hurriyet.com.tr saytı yayıb.
Nazir istefası ilə bağlı deyib ki, o, dekabrın 17-də baş nazir Ərdoğana istefa vermək istədiyini şifahi olaraq demişdi, bu gün də yazılı şəkildə vəzifəsindən ayrılıb.
***
Nazir istefa ilə bağlı yaydığı yazılı açıqlamada belə deyib: “Dekabrın 17-də başlayan əməliyyatın hökumətimizə, partiyamıza və ölkəmizdə qarşı kirli bir oyun olduğu çox açıq şəkildə ortadadır. Yaxın iş yoldaşlarımın və övladımın də daxil edildiyi bu oyunu pozmaq və həqiqətin ortaya çıxmasını təmin etmək üçün iqtisadiyyat naziri vəzifəsindən ayrılıram”.
***
10.40
“Böyük rüşvət” əməliyyatı çərçivəsində oğlu həbs edilən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan istefa verib.
Lent.az-ın türk mediasına istinadən xəbərinə görə, nazirin bu gün səhər istefa verdiyi bəyan edilib.
Qeyd edək ki, Z.Çağlayan Türkiyədə adı korrupsiyaya qarışan 3 nazirdən biridir. Z. Çağlayanın oğlu ilə birlikdə daxili işlər naziri Muəmmər Gülər və şəhərçilik naziri Ərdoğan Bayraqdarın da oğulları həbs edilib.