Türkiyədə həbs olunan iki məşhur azad olundu
26 yanvar 2013 11:37 (UTC +04:00)

Türkiyədə həbs olunan iki məşhur azad olundu

Yanvarın 25-də İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan, aralarında tanınmış müğənni və aktyorlar olan 38 nəfərdən 4-ü sərbəst buraxılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həbs olunanlar arasında  “Issız Adam” filmində baş rol ifaçısı Camal Hünal, “Adını Feriha koydum” serialındakın “Emir” xarakterini canlandıran Çağatay Ulusoy, müğənni Cenk Eren və daha bir neçə tanınmış şəxs olub. Bu gün isə tanınmışlardan  Camal Hünal və Cenk Eren sərbəst buraxılıb.

 

Cenk Eren bildirib ki, o günahsız olduğu üçün sərbəst buraxılıb. Saxlanılan digər 34 nəfərin isə araşdırması davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2114
avatar

Oxşar yazılar