Türkiyədəki mövcud fövqəladə vəziyyət rejiminin müddəti daha 3 ay müddətinə uzadılacaq.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
Onun sözlərinə görə, qərar parlamentdə təsdiq edildikdən sonra qüvvəyə minəcək.
Fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.