Torres   "Baraselona"dan PSJ-yə  keçdi
15 avqust 2026 19:20 (UTC +04:00)

Torres "Baraselona"dan PSJ-yə keçdi

0

İspaniya millisinin hücumçusu Ferran Torres “Barselona”dan PSJ-yə keçib.

Lent.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Torres PSJ-də 9 nömrəli forma ilə çıxış edəcək.

Ferran Torres 2022-ci ilin yayından “Barselona”nın formasını geyinib. O, Kataloniya klubunun heyətində 207 oyuna çıxıb, 65 qol vurub və 23 məhsuldar ötürmə edib.

Hücumçu daha əvvəl “Mançester Siti” və “Valensiya” klublarında da çıxış edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirir.

Torres 2026-cı il dünya çempionatının finalında Argentina ilə oyunun əlavə vaxtında qələbə qolunu vuraraq İspaniyanın 1:0 hesablı qələbəsində əsas rol oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 78

Oxşar yazılar