Türkiyədə növbəti dəfə zəlzələ olub. Lent.az-ın “habertürk”-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Türkiyənin Adana şəhərində baş verib.
Zəlzələ Araşdırmalar İnstitutundan verilən açıqlamada qeyd olunur ki, zəlzələ 4 bal gücündə qeydə alınıb və bu, vətəndaşlar arasında təşvişə səbəb olub.
Hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.