Türkiyənin Heydərpaşa dəmiryol stansiyasında foto çəkmək istəyən 7 alman turistin 4-ünü elektrik cərəyan vurub.
Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, onlar şəkil çəkmək üçün qatar vaqonlarından birinin üstünə çıxıb. Turistlər foto və film çəkərkən işləyə qatarların vaqonlarının üstünə çıxıbmış. Mənbə bildirib ki, oradan isə 32 min voltluq gərginliyi olan xətt keçir.
Alman turistlər ağır yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Heydərpaşa stansiyasındakı məsullar bildirib ki, həmin elektrik xətti bir metr məsafədən təsir edir: «Onların ora necə girdiklərini bilmirik».