Türkiyədə 6 ballıq zəlzələ olub - YENİLƏNİB
29 dekabr 2013 10:07 (UTC +04:00)

Türkiyədə 6 ballıq zəlzələ olub - YENİLƏNİB

Türkiyədə baş vermiş 6 bal gücündə zəlzələnin episentri Antalya körfəzində 11 km dərinlikdə olub.

 

Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, ölkənin Fövqəladə Hallar Nazirliyinin məsulları dağıntının olmadığın bildirib.

 

Antalya valisi Səbahəddin Öztürk deyib: «Bizdə xəsarət və dağıntı ilə bağlı məlumat yoxdur. Zəlzələ uzun sürdü. Binaları yenidən gözdən keçirəcəyik. Hər kəsin tədbir görməsi lazımdır».

 

Mənbə bildirib ki, yeraltı təkanlar Türkiyənin Mersin və Konya şəhərlərində, Şimali Kipr Türk Cümhuriyyətinin bir hissəsində də hiss edilib.

 

***

19.46

Türkiyənin Antalya körfəzində Bakı vaxtı ilə 19.23-də 6 bal gücündə zəlzələ olub.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, dağıntı və xəsarət alanlar barədə xəbər yayılmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2275
avatar

Oxşar yazılar