28 fevral (28 şubat) işi ilə bağlı həbsdə olan generalların bir neçəsi zaminə buraxılıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisinin keçmiş ikinci müavini general Çevik Bir, təqaüdçü general Çetin Doğan, baş qərargahın keçmiş baş katibi Ərol Özkasnak, təqaüdçü general-mayor Kənan Dəniz zaminə buraxılıb.
Onlara ölkəni tərk etmək yasaqlanıb.
Çətin Doğanın da adı bu siyahıda olsa da, o, «Bayloz» işi ilə bağlı həbsxanadan çıxa bilməyəcək.
Sərbəst buraxılan 4 general isə hər ayın birinci və 15-ci günü məhkəmə yoxlamasında keçəcək.