Türkiyədə 29 nəfərin əmlakı müsadirə olundu
19 dekabr 2013 15:53 (UTC +04:00)

Türkiyədə 29 nəfərin əmlakı müsadirə olundu

 

Ebru Gündeşin əri Rza Zərraba məxsus təyyarə də müsadirə olunub

 

İstanbul Prokurorluğu tərəfindən rüşvət qalmaqalına görə başlanılan cinayət işinə görə 42 nəfər nəzarət altındadır. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çox sayda sahibkar və məmur övladlarının olduğu əməliyyatlarda təqsirkarlar bir neçə cinayət əməlində ittiham olunurlar: Cinayət törətmək məqsədi ilə təşkilat qurmaq,  qeyri-qanuni sənəd əldə etmə, qızıl qaçaqmalçılığı, əxlaqsızlıq yuvası təşkiletmə və. s.

 

Qeyd olunan cinayətlərdə təqsirli bilinən 29 nəfərin əmlakı müsadirə olunub. Onların arasında  müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zarrab da var.

 

"Royal" dənizçilik şirkəti, "Royal Holdinq", NNR beynəlxalq ticarət şirkəti, turizm şirkəti, nəqliyyat şirkəti, qızıl mədənləri və digər şirkətlər hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunub.

 

İstanbul polisinin təşkil etdiyi böyük rüşvət əməliyyatı nəticəsində həbs olunan azərbaycanlı iş adamı, türkiyəli sənətçi Ebru Gündeşin əri Rza Zərraba məxsus təyyarə də müsadirə olunub. 
 

Zərrabın mülkləri arasında “Royal Holdinq”ə məxsus “Are Aviasiya Şirkəti” də var. 

İstanbul 18-ci Sülh Cəza Məhkəməsinin verdiyi qərara görə, Rza Zərrabın müsadirə olunacaq mülkləri sırasında şirkətinin adına qeydiyyatda olan “Challenger 300” tipli xüsusi təyyarə də var.

 

Təyyarə Rza Zərrabın adının hərflərinə uyğun olaraq “TC–RZA” adlanır.

 

Təyyarəni 2009-cu ildə Kanadanın “Bombardier” şirkəti istehsal edib. Zərrabın 2012-ci ildə E. Gundeşə hədiyyə etdiyi təyyarənin bazar qiymətinin 12 -16 milyon olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977

Oxşar yazılar