Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yunanıstanın Egey dənizində neft axtarışına başlayacağı haqqında xəbərlərə münasibət bildirib.
APA-nın məlumatına görə, Ə.Davudoğlu Yunanıstanın Egey dənizində neft axtarışına başlayacağı təqdirdə, Türkiyənin də bununla bağlı müvafiq addımlar atacağını deyib: “Belə bir vəziyyətdə Türkiyə də müvafiq addımlar atacaq. Lakin buna ehtiyac olmayacağına ümid edirəm”.