Türkiyə XİN-in ABŞ səfiri haqqında bəyanatı
22 dekabr 2013 00:13 (UTC +04:00)

Türkiyə XİN-in ABŞ səfiri haqqında bəyanatı

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın ölkədəki səfiri Frensis Rikadon bağlı bəyanat yayıb.

 

Lent.az-ın «Milliyet»-ə istinadən məlumatına görə, sənəddə bildirilib ki, XİN onun ABŞ-a çağrılmasını gərəkli bilmir. «Frensis Rikardonun izahat verməsi yetərlidir. Onun bağlı başqa addımlar atılmayacaq»-deyə, bəyanatda vurğulanıb.

 

Xatırladaq ki, dekabrın 21-də Türkiyədə çıxan bir sıra qəzetlər səfirin dediklərinə geniş yer ayırıblar. KİV-in məlumatına əsasən, Rikardon Türkiyədəki xarici ölkə səfirləri ilə görüşdə bildirib : «Biz İranla əlaqəsi olan «Halkbank»-la münasibəti kəsmələrini istədik. Onlar bizi eşitmədi. İndi imperiyanın çöküşünün şahidisiniz».

 

Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan isə səfirə dolayı yolla bunları bildirib: «Öz işinizlə məşğul olun. Biz sizi ölkəmizdə saxlamağa məcbur deyilik».

 

Səfir isə öz növbəsində Türkiyədə baş verənlərlə ABŞ-ın əlaqəsinin olmadığını bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar