Türkiyə parlamentində deputatlar arasında dava düşüb. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qarşıdurmaya səbəb məhkəmə sistemində islahatla bağlı müzakirə edilən qanun layihəsi olub.
Bu səndə qəbul ediləcəyi halda hökumət korrupsiya qarşı mübarizədə məhkəmə sistemi üzərində nəzarətini artıra biləcək.
Müxalifətin fikrincə, məhkəmə sistemində «islahat» adı altında təqdim edilən yeni qanun layihəsi qəbul olunarsa, o zaman baş nazir Rəcəb Tayyib Ərdoğan «korrupsiya qalmaqallarının istintaqına müdaxilə edəcək».
Dava-dalaş nəticəsində Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcan xəsarət aldığından xəstəxanaya yerləşdirilib.
Qalmaqal ucbatından qanun layihəsinin müzakirəsi yanvarın 24-ə keçirilib.