Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində «əl-Qaidə»-yə bağlı «İraq Dəməşq İslam Dövləti» qrupuna aid silahlı karvanı vurub.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Azad Suriya Ordusuna qarşı savaşan bu qrup Kilis Əlibəyli yaxınlığındakı mövqelərindən Türkiyə torpaqlarını minaatanlarla atəş tutub. Bundan başqa həmin silahlı qruplaşma Türkiyə ordusunun əsgərlərini daşıyan avtomobillərə atəş açıb.