İranla Türkiyə arasında təbii qazın Avropaya çıxarılması ilə bağlı danışıqlar başlayıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, İran təbii qazının Türkiyə ərazisindən Avropaya çıxarılması üçün xəttin çəkilməsi müzakirə olunur.
Mənbə qeyd edib ki, qaz kəməri Türkiyənin mərkəzi hissəsindən Yunanıstanadək uzanacaq. Xəttin uzunluğu 5 min km-dir.
Xəbərlərə əsasən, Türkiyə tərəfi artıq layihəni keçəcəyi yerlə bağlı layihəni başa çatdırıb.