Türkiyə hökumətində dörd nazir dəyişdirilib. Yanvarın 24-də Çankayada prezident Abdulla Güllə baş nazir Rəcəb Tayyip Ərdoğan arasında növbəti görüş keçirilib.
Lent.az-ın "Habertürk"-ə istinadən məlumatına görə,görüşün ardından nazirlər kabinetinin fəaliyyəti təftiş edilib.
Uzun müddətdir adı dəyişdiriləcək nazir arasında hallanan daxili işlər naziri İdris Naim Şahinin yerinə Müəmmər Gülər gətirilir. O, parlamentdə daxili işlər komissiyasına başçılıq edib. 1949-cu ilə Mardində anadan olub. Ankara Hüquq fakültəsinin məzunudur.
Mədənyyət və turizm naziri Ərtoğrul Günayı Ömər Çelik əvəzləyəcək. O, 1968-ci ildə Adanada anadan olub. Qazi Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsini bitirib.Çelik buna qədər AK Partiyanın xarici siyasət məsələləri üzrə məsulu olub.
Milli təhsil naziri Ömər Dinçərin yerinə Nəbi Avci gətirilib. Təhsil naziri Nəbi Avcı 1953-cü ildə Biləcikdə anadan olub. O, əvvəllər bu qurumun komissiyasına başçılıq edib.
Səhiyyə naziri Rəcəb Ağdağı iə Mehmet Müəzzinoğlu əvəzləyəcək. Məhəmməd Müəzzinoğlu 1955-ci ildə Gümülcinədə doğulub. İstanbul Universiteti Cərrahlıq fakültəsini bitirib.
Beləliklə Türkiyə hökumətinin tərkibi aşağıdakı kimidir:
baş nazir: Rəcəp Tayyip Ərdoğan
baş nazirin müavini: Bülənt Arınç
baş nazirin müavini: Əli Babacan
baş nazirin müavini: Bəşir Atalay
baş nazirin müavini: Bəkir Bozdağ
ədalət naziri: Sədullah Ərgin
ailə və sosial siyasət naziri: Fatma Sahin
Avropa Birliyi naziri: Əgəmən Bağış
elim, sənaye və texnologiya naziri: Nihat Ərgün
əmək və sosial təminat naziri: Faruk Çelik
çevrə və şərəsalma naziri: Ərdoğan Bayraktar
xarici işlər naziri: Əhməd Davudoğlu
iqtisadiyyat naziri: Zəfər Çağlayan
enerji və Tabii Kaynaklar naziri: Tanər Yıldız
gənclik və idman naziri: Suat Kılıç
qıda, kənd təsərrüfatı və heyvandarlıq naziri: Mehdi Əkər
gömrük və ticarət naziri : Həyati Yazıçı
daxili işlər naziri: Müammər Gülər
inkişaf naziri: Cövdət Yılmaz
mədəniyyət və turizm naziri: Ömər Çelik
maliyyə naziri: Mehmet Şimşək
milli təhsil naziri: Nəbi Avcı
milli müdafiə naziri: İsmət Yılmaz
meşə və su işləri naziri: Veysəl Əroğlu
səhiyyə naziri: Mehmet Müezzinoğlu
ulaştırma, denizcilik ve haberleşme naziri: Binəli Yıldırım.