Türkiyənin Gömrük Mühafizə İdarəsi tərəfindən Halkalı Gömrük Məntəqəsində əməliyyat həyata keçirilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat zamanı 30 nəfər həbs edilib.
Həbs olunan şəxslər Çindən hazırlanan tekstsil məhsulları qanunsuz olaraq gömrükdən keçirmək istəyiblər. Belə ki yüksək vergi dərəcəsi olan tekstil məhsullarını gömrük əməkdaşlarına aşağı vergi dərəcəsi olan məhsul kimi təqdim ediblər.
Həmin şəxslər istintaq tərəfindən dindirilib.