Türkiyə bir həftəyə 20 milyard dollar itirdi
23 dekabr 2013 12:24 (UTC +04:00)

Türkiyə bir həftəyə 20 milyard dollar itirdi

Ötən həftə başlayan korrupsiya əməliyyatları nəticəsində Türkiyə iqtisadiyyatına 20 milyard dollar ziyan dəyib.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə baş nazir Ərdoğanın müavini Əli Babacan açıqlama verib.

 

Hökumət üzvü deyib ki, ötən həftə Türkiyə şirkətlərinin səhm bazarındakı ümumi dəyəri 269 milyard dollar olduğu halda, bu həftə həmin rəqəm 249 milyard dollara düşüb. Ə. Babacanın sözlərinə görə, idarə heyətinin sədri korrupsiya əməliyyatları çərçivəsində həbs edilən “Xalq Bank”ın səhmləri 1 milyard 600 milyon dollar məbləğində ucuzlaşıb.

 

Hökumət rəsmisi bildirib ki, həyata keçirilən bu əməliyyatlar korrupsiya adı altında Türkiyə iqtisadiyyatını hədəfə alıb.

 

Baş nazirin müavini qeyd edib ki, səhmlərdəki bu ucuzlaşma ilə bərabər, ölkədə faiz artımı, həmçinin, türk lirəsinin dəyərdən düşməsi də müşahidə edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708
avatar

Oxşar yazılar