Türkiyə «AIM-9X-2 Sidewinder» «yer-yer» tipli 117 raket almaq üçün ABŞ-a müraciət edib.
Lent.az-ın «CNN Türk»-ə istinadən məlumatına görə, bu raketlərin ümumi dəyəri 140 milyon dollardır.
Məlumata əsasən, Türkiyə Müdafiə Nazirliyi yanında müdafiə sənayesi bölməsi artıq ABŞ-ın Müdafiə Nazirliyi ilə ilkin anlaşmanı imzalayıb.
Mənbə bildirib ki, bu məsələ ABŞ Konqresində də müzakirə ediləcək. Qanunverici orqan bu müqaviləni təsdiqləyəcəyi halda yaxın aylarda Türkiyə raketin ilk partiyasını alacaq.
Raketin alınmasında məqsəd Suriya tərəfindən ehtimal olunan təcavüzün qarşısını almaqdır.