Tunisin baş naziri istefa verir
10 yanvar 2014 03:19 (UTC +04:00)

Tunisin baş naziri istefa verir

Tunisin baş naziri Əli Laraed yanvarın 9-da ölkə prezidentinə istefa ərizəsi ilə müraciət edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki, bununla ölkəsinin demokratik yolla inkişafına təkan vermək istəyir.

 

Bir müddət öncə hakim «Ənnahda» Partiyası (Dirçəliş Partiyası) təmsilçilərin hökumətin tərkibindən çıxması ilə bağlı müxalifətlə anlaşma imzalamışdı.

 

Yeni seçkilərədək kabinet müstəqil siyasətçilərdən formalaşacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432
avatar

Oxşar yazılar