Tunisdə islamçı sayılan hökumət ölkədəki etiraz aksiyalarına cavab olaraq, yaxın həftə ərzində istefa verməyə razı olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, dinçilərlə dünyəviçilər arasında aparılan danışıqlar nəticəsində hakimiyyəti keçid hökumətinə təhvil verilməsi barədə razılı əldə edilib.
Hakim partiya növbədənəkənar seçkiyə getməyə də razılıq verib.
Keçid hökuməti ilə bağlı danışıqlara sentyabrın 30-da başlanılacağı gözəlnilir.
Hadisələrin başlamasında sol yönlü müxalifət lideri Məhəmməd Brahiinin qətlə yetirilməsinin başlığa rol oynadığı bildirilib.
Xatırladaq ki, bu ilin iyulunda baş vermiş qətlə görə Ümumtunis Əmək Birliyi hakim «ən-Nahda» Partiyasını suçlayır