Cohar Tsarnayevə edam hökmünün kəsilməsi ilə bağlı məhkəmənin qərarı yanvarın 31-də verilə bilər.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda ABŞ-ın ədliyyə naziri Erik Xolder senatın hüquq komitəsinin üzvləri qarşısında çıxışı zamanı açıqlama verib.
«Bostondakı terror aksiyasının icraçısına ölüm hökmü çıxarılmalıdırmı» sualına cavabında nazir deyib: «Biz bunu sonda elan edəcəyik».
Mənbə xatırladıb ki, Tsarnayev Bostondakı marafonda baş verən partlayışla əlaqədar olaraq, 30 maddə üzrə ittiham edilir. 2013-cü il aprelin 15-də baş vermiş terakt nəticəsində 3 nəfər həlak olmuş, 250-dən çox insan isə yaralanmışdı.
Tsarnayev isə bu cinayətə görə ittihamları rədd edib.