ABŞ prezidentliyinə namizədliyini irəli sürən Donald Trampın seçki qərargahının rəisi Corey Levvandovski həbs edilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, o qəzet müxbirini döyməsi iddiası ilə tutulub. Deyilənə görə, Corey, Trampa sual soruşmaq məqsədilə yaxınlaşan “Breitbart” media qrupunun müxbiri Mişel Fieldsi vurub.
Daha sonra sərbəst buraxılsa da onun mayın 4 də məhkəmə qarşısına çıxarılacağı deyilir.
Onu da qeyd edək ki, müxbir qolundakı göyərtinin fotosunu özünün sosial şəbəkəsində paylaşmışdı.