Gələn ay ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə “Washington Post” qəzeti ABŞ administrasiyanın nümayəndəsinə istinadən xəbər verib.
Görüşün NATO sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, NATO-nun növbəti sammiti iyulun 11-12 Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.