Ukrayna prokurorluğunun müstəntiqləri hazırda həbsdə olan, keçmiş baş nazir Yuliya Timoşekno ilə bağlı yeni məlumatlar əldə ediblər.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, ölkə baş prokurorunun birinci müavini Renat Kuzmin bildirib ki, keçmiş hökumət başçısı 1996-cı ildə tanınmış deputat Yevgeni Şerbanın qətlini sifariş edibmiş.
«Aton» adlı iri maliyyə şirkətinin başçısı, Ali Radanın deputatı Şerban 1996-cı ildə Donetsk hava limanında güllələnib.
Onun oğlu Ruslan Şerbanın sözlərinə əsasən, atasının qətlində Timoşenkonun iştirakı ilə bağlı sənədləri 2012-ci ilin aprelində istintaqa təhvil verib.
Keçmiş hökumət başçısı haqlarının müdafiəçiləri ittihamı rədd edərək, bunu prezident Viktor Yanukoviçin «siyasi intiqamı» adlandırıblar. Prezident adminstrasiyası isə bu ittihamları rəd edib.
«Müstəntiqlərimiz tərəfindən dindirilən bir neçə şahid həmin qətlin sifarişçisi və maliyyəsini Limoşenkonun olduğunu söyləyiblər»-deyə, Kuzmin Ukrayna televiziyasına müsahibəsində söyləyib.