Müxalifət olan «Batkivşina» Partiyasının məhbus lideri , Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko mövcud kəskin siyasi böhrandan çıxış yolunu müzakirə etmək üçün ölkə prezidenti Viktor Yanukoviçi açıq debata çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partiyanın mətbuat xidməti liderinin müraciətini yayıb: «Viktor Yanukoviçə müraciət edərək, bildirirəm ki, əgər o, Ukraynanın böhrandan çıxmasının taktiki və strateji addımlarını müzakirə etmək istəyirsə, mən buna tam hazıram».
Hələlik Yanukoviç məsələyə münasibət bildirməyib. Ötən gün o, müxalifət olan «UDAR» Partiyasının lideri Vitali Kliçkonun teledebata dəvət etmişdi. Müxalifət təmsilçisi isə bildirmişdi ki, əgər prezident istefa verərsə, o, debata hazırdır.