Timoşenko yenidən Ukraynanın baş naziri olmaq istəmədiyini bildirib - <span style="color:red;">YENİLƏNİB
23 fevral 2014 20:01 (UTC +04:00)

Timoşenko yenidən Ukraynanın baş naziri olmaq istəmədiyini bildirib - YENİLƏNİB

Yilya Timoşenko yenidən Ukraynanın baş naziri olmaq istəmədiyini bildirib

 

Ukraynanın keçmiş baş naziri Yilya Timoşenko yenidən ölkənin baş naziri olması üçün namzidəliyinin nəzərdən keçirilməsini istəmədiyini bildirib.

 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Timoşenko Ukraynanın baş naziri olmağa namizədlər arasında adının çəkilməsinə görə təşəkkür edib, lakin belə bir niyyəti olmadığını da bildirib.

 

O qeyd edib ki, bu vəzifəyə namizəd olması ilə bağlı heç kimlə müzakirə aparmayıb və bu açıqlama onunla razılaşdırılmadan verilib.

 

Qeyd edək ki, bu gün deputat Nikolay Tomenko baş nazir postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun namizədliyinin nəzərdən keçirildiyi barədə açıqlama verib.

 

Xatırladaq ki, Y. Timoşenko keçmiş prezident Viktor Yanukoviçlə görüşməsi barədə xəbəri də təkzib edib. 

***

13:42

Ukraynada “Avromaydan”da aksiyalar davam edir.

 

APA-nın Ukraynanın “Espreso TV” internet televiziyasına istinadən verdiyi xəbərə görə, ölkədə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, hələ də insanlar meydanı tərk etməyiblər.   

 

Bu gün səhərdən isə Ukrayna Ali Radasının iclası başlayıb. İclası Radanın vitse-spikeri Ruslan Koşulinski açıq elan edib.  Bu gün Ali Radanın sədrinin seçiləcəyi və baş nazirin də təsdiqlənəcəyi gözlənilir. Deputat Nikolay Tomenko deyib ki, baş nazir postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun namizədliyi nəzərdən keçirilir.

 

 

Ukraynanın rəsmi dövlət agentliyi UNİAN-ın məlumatına görə, deputatlar Oleq Lyaşko və Pavel Petrenko hər hansı cinayət törətməkdə şübhəli bilinən dövlət məmurlarının ölkə sərhədlərini tərk etməsini qadağan edən layihəni Ali Radaya təqdim ediblər. Layihəyə görə, bu sanksiyanın Ukrayna mərkəzi icra hakimiyyəti orqanlarında təmsil olunmuş səlahiyyətli şəxslərə tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin layihədə göstərilib ki, Dövlət Sərhəd Xidməti belə bir cəhd aşkarladığı zaman Ukrayna Ali Radası və hüquq-mühafizə orqanlarını məlumatlandlrmağa borcludur.   

 

 

Bu arada Ukraynada baş vermuş hadisələr zamanı ümumilikdə 82 nəfərin öldüyü,

645 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığı bəlli olub. Ukrayna Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə,  xəsarət alanlardan 33 nəfərin vəziyyəti xüsusilə ağır olub.

 

Rəsmi dövlət agentliyi həmçinin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin iqamətgahının boşaldılmasını əks etdirən kadrları da yayıb.

 

Ukrayna Xarici İşlər Nazirliyinin  116 əməkdaşı isə xarici işlər naziri Leonid Kojaranın ölkıni xaricdə təmsil etməyə mənəvi haqqının olmaması barədə məlumat yayıb. Nazirliyin “facebook” səhifəsində yayılan müraciətdə Ukrayna Ali Radas bu məsələyə baxmağa çağırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3790
avatar

Oxşar yazılar