Ukraynanın keçmiş baş naziri Yuliya Timolşenko Xarkovda müalicə aldığı həbsxananın xəstəxanasını tərk edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
Timoşenko və «Batkivşina» Partiyasının tərəfdarları onun olduğu avtomobil karvanını alqışlarla yola salıb.
Onun Kiyevə, Maydana gedecəyi gözlənilir.
Xatırladaq ki, ötən gün Ukraynanın Ali Radası onun azadlığa çıxması ilə bağlı qanun qəbul edib.