Ukraynanın keçmiş baş naziri, məhbus Yuliya Timoşenko Kaçanov həbsxanasının rəhbərliyinə müraciət edərək, kütləvi informasiya vasitələri ilə görüşünə icazə verilməsini tələb edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onun bəyanatında deyilib: «Sizdən növbəti dəfə tələb edirəm ki, KİV təmsilçilərini mənimlə görüşə buraxın».
Keçmiş hökumət başçısı hüquq müdafiəçiləri vasitəsi ilə müsahibə verəcəyi 12 informasiya vasitəsinin adını açıqlayıb.
Timoşenko 2011-ci ildə Rusiya ilə təbii qaz müqaviləsini imzalayan zaman səlahiyyət həddini aşmaqda ittiham olunaraq, 7 il iş alıb. 2012-ci ilin mayından o, Xarkovda xəstəxanada müalicə olunur.
Ukraynan Dövlət Penitensiar Xidməti Timoşenkonun müraciətinə cavab olaraq, bildirib ki, KİV təmsilçilərinin onunla görüşünə ehtiyac yoxdur: «Y.Timoşenkonun KİV təmsilçiləri ilə görüşü ilə bağlı müraciəti həbsxananın rəhbərliyi tərəfindən araşdırılır. Belə müraciətləri təmin etməyə nə əsas, nə də imkan var».