Gürcüstan paytaxtının Daşkənd küçəsindəki 4 nömrəli evin mənzilində ölüm hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, 56 yaşlı Aleksandr Matiaş öldürülüb, onun oğlu 30 yaşlı Denis Matiaş isə yaralanıb.
Məlumata görə, baş verən hadisə barədə polisə ölən şəxsin qızı xəbər verib. Hadisə yerində azərbaycanlı da olub. “İPN” saytının məlumatına görə, öldürülən Aleksandrın dostu İsmayıl Novruzov hadisə baş verən yerdə olub və bu barədə məlumat verib. O, digər detalları bilmədiyini söyləyib. Ehtimala görə, cinayət hadisəsini törədən şəxs ailənin tanışı olub. Yaralanan Denis Matiaş xəstəxanaya çatdırılıb.
Hadisə yerində kriminal xidmət əməkdaşları araşdırma aparır.