Gürcüstan Baş prokurorluğu Tiflis meri Gigi Uqulavanı külli miqdarda dövlət vəsaitini israf etməkdə ittiham edib.
APA-nın “Novosti Qruziya”ya istinadən xəbərinə görə, istintaq meri 2012-ci ildə “Vahid Milli Hərəkat” Partiyasının seçkiqabağı kampaniyasının maliyyələşdirilməsinə şəhərin İnkişaf Fondundan 30 milyon dollar sərf edib.
Cinayət işində G. Uqulavanın beş müavininin də adı keçir. Merin özü isə cinayət işini siyasi motivli hesab edir. Onun fikrincə, gələn ilin mayında keçiriləcək bələdiyyə seçkilərində hakim “Gürcü Arzusu” koalisiyasının namizədinin qələbə şansı olmadığı üçün onu indidən zərərsizləşdirmək istəyirlər.
Qeyd edək ki, G. Uqulava sabiq prezident Mixail Saakaşvilinin silahdaşlarından və “Vahid Milli Hərəkat” Partiyasının liderlərindən biridir.