Tiflis meri 29 min dollara zaminə buraxılıb
22 dekabr 2013 07:03 (UTC +04:00)

Tiflis meri 29 min dollara zaminə buraxılıb

0
Tiflis şəhər məhkəməsi şəhərin meri Qiqi Uqulavanı 50 min lari (29 min dollar) girov qarşılığında zaminə buraxıb.

Lentşaz-ın "RİANovosti"-yə istinadən məlumatına görə, Qiqi Uqulava barəsində qəti imkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi bir neçə saat davam edib. Baş Prokurorluq  merin həbsini və onun səlahiyyətlərinin dayandırılmasını istəyib.

 

Məhkəmənin qərarına əsasən, Uqulava bu məbləği 30 günə ödəməlidir.

 

Qeyd edək ki, Qiqi Uqulava Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasının seçki kampaniyasına şəhər büdcəsindən 30 mln. dollaradək vəsait xərcləməkdə ittiham olunur.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 985

Oxşar yazılar