Məktəbdə partlayış törətmək istəyən intiharçı –terrorçunun qarşısını alarkən həlak olmuş məktəbli yeniyetmə Ayətzaz Həsənə Pakistanın dövlət mükafatına lyiq görülüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatın görə, ölümündən sonra ona mükafatın verilməsini minlərlə sosial şəbəkə istifadəçisi tələb edib.
Xatırladaq ki, 15 yaşlı Ayətzaz Həsən intihar kəməri bağlamış bir kişinin məktəbə yaxınlaşdığını görüb. Dostları qaçsa da o, həmin adama yaxınlaşaraq, intiharçının qarşısını almağa çalışıb. Başqa çıxış yolu olmayan terrorçu üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə hər ikisi ölüb.
Həmin vaxt isə məktəbdə iki minə yaxın şagird olub.