Rusiyanın Volqoqrad şəhərindəki dəmiryol vağzalında partlayışı dul qadın Oksana Aslanovanın törətdiyi müəyyənləşib. Lent.az-ın “Lifenews”a istinadən verdiyi məlumata görə, Aslanova 2 dəfə ərdə olub. Hər iki əri yaraqlı imiş.
Həmin yaraqlılardan biri Əmir Vəlicanov olub. Onun hər iki əri xüsusi xidmət əməkdaşları tərəfindən öldürülüb. Aslanovanı hadisə yerindən tapılan qalıqlara əsasən, tanımaq mümkün olub. Partlayış nəticəsində terrorçunun üzünün yalnız sol yarısı bütöv qalıb. Hadisəni törədənin şəxsiyyətini yalnız DNK ekspertizasından sonra tam müəyyənləşdirmək mümkün olacaq.
Aslanova 2012-ci ilin iyunundan axtarışda imiş. Xüsusi xidmət orqanları onun terror aktı üçün hazırlandığını güman edirmiş. Noyabrda Aslanova və daha 2 ehtimal olunan kamikadze – Zaur Əliyevlə Canet Tsaxayev oktyabrda Volqoqrad avtobusunda partlayış törətmiş Naidə Asiyalovanın rəfiqələri olublar.