Yanvarın 30-da bir qrup yaraqlı Bağdadın şimalında yerləşən İraqın Nəqliyyat Nazirliyinin binasına basqın edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, basqın nəticəsində hökumət binasının əsas giriş qapısını mühafizə edən iki hərbçi həlak olub.
«BBC»-nin məlumatına əsasən, ordu və polis girovları azad edib. Nazirliyə basqın etmiş 8 yaraqlıdan 3-nün öldürüldüyü haqda xəbər yayılıb. Girovlar və hərbçilər arasında itki ilə bağlı məlumat verilməyib.
Hələlik heç bir qrup basqının məsuliyyətini üzərinə götürməyib. Bununla belə ehtimal olunur ki, yaraqlılar terrorçu «əl-Qaidə»-yə bağlı «İraq İslam dövləti və Levata» qruplaşmasının üzvləridir.