Terrorçular Hələbi tərk edəcək
14 dekabr 2016 04:55 (UTC +04:00)

Terrorçular Hələbi tərk edəcək

0

Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, terrorçular ailələri ilə birlikdə  “Ramuse” nəzarət-buraxılış məntəqəsindən keçməklə Hələb şəhərini tərk edəcəklər. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”-yə Hələb əməliyyatı qərargahından bildirilib.  

 

Mənbənin sözlərinə görə, silahlıların şəhərdən çıxması yaxın saatlarda baş verəcək: “Döyüşlər artıq aparılmır. Hazırda detallar razılaşdırılır. Razılaşmaya əsasən, terrorçular ailə üzvləri ilə birlikdə qərb istiqamətində, “Rasmuse” nəzarət-buraxılış məntəqəsindən şəhəri tərk edəcəklər. Avtobuslar artıq hazırdır”,  - deyə mənbə bildirib.

 

Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin  Suriya hökumətinin şərqi Hələb üzərində nəzarəti tam bərpa etdiyini bildirib.  

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hələbdə dinc sakinlərin kütləvi şəkildə öldürülməsinə dair yayılan xəbərlərin əsassız olduğunu bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 615

Oxşar yazılar